İranda daşqınlar nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb

9 Avqust 2022 14:20 (UTC+04:00)

Ötən 17 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

SİA-nın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Departamentinin direktor müavini Murtaza Muradipur deyib.

M.Muradipurun sözlərinə görə, daşqınlarda itkin düşənlərin sayı isə 6 nəfərdir:

"İranın 24 vilayətində 84,5 mindən çox insan daşqınlardan zərər çəkib. 12,5 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib və 3,56 min nəfər təhlükəsiz məkanlara köçürülüb”, - deyə o qeyd edib.