Taekvondoçularımız yarışıblar - FOTOLAR

9 Avqust 2022 14:45 (UTC+04:00)

V İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışlarında Azərbaycan idmançıları mübarizəyə başlayıblar. SİA-nın ATF-yə istinadən məlumatına görə, taekvodoçumuz Qaşım Maqomedov (58 kq) Xan Haruna 2-1 hesabı ilə qalib gəlməklə yarımfinala yüksəlib. 58 kq çəki dərəcəsində Qasım Maqomedov BƏƏ idmançısı Muşari Məhəmmədə 2:0 hesabı ilə qalib gələrək 1/4 mərhələyə vəsiqə qazanıb.

Səyyad Dadaşov (54 kq) 1/4 finalda, qadın taekvondoçularımızdan isə Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə 1/8 finalda mübarizəni dayandırıblar.