İran "Xəyyam" peykini kosmosa göndərir

9 Avqust 2022 13:12 (UTC+04:00)

İranın "Xəyyam" peyki Qazaxıstanın Baykonur kosmodromundan kosmosa buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İranın “Xəyyam” peyki Rusiya və “Soyuz” peyk daşıyıcısının əməkdaşlığı ilə yerli vaxtla saat 10:30-da Qazaxıstanın Baykonur kosmodromundan orbitə buraxılıb.

Bundan əlavə, çəkisi 600 kiloqram olan “Xəyyam” peykinin 500 kilometrlik orbitə yerləşdirildiyi və gündə 4 dəfə İrana 1 metr dəqiqliklə görüntülər təqdim edə biləcəyi açıqlanıb.

İranın “Xəyyam” peyki Rusiya və “Soyuz” peyk daşıyıcısının əməkdaşlığı ilə yerli vaxtla saat 10:30-da Qazaxıstanın Baykonur kosmodromundan orbitə buraxılıb.