"Heç kəs özünün tikib yaratdığı, özünəməxsus olan əmlakı yandırmaz" - POLİTOLOQ ŞƏRH ETDİ

9 Avqust 2022 13:07 (UTC+04:00)

"Əgər söhbət ermənidən gedirsə demək ki, həm evlərin yandırılmasına, həm yandırdıqları evləri videoya çəkib göstərmələrinə, həm də tərk etdikləri ərazilərdə minaların basdırılmasına da hazır olmaq lazımdır. Çünki bu xəstə toplumdan başqa nəsə gözləmək də sadəlövlük olardı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.

Onun sözlərinə görə, bütün mövcudluqları boyu türkə düşmən kəsilən bir toplum bizə məxsus əmlakın dağıdılmasına sanki özünün həyat fəlsəfəsi kimi baxır və bu vəhşiliyi özünütəsdiq forması kimi görür: "Biz Kəlbəcərin boşaldılması üçün ermənilərə əlavə on gün verən zaman bu vəhşiliyin və barbarlığın şahidi olmuşuq.

İkinci bir tərəfdən onların bu cür davranışı indi yaşadıqları evlərin əslində məhz bizə məxsus olduğunu da bir daha sübut edir. Çünki, heç kəs özünün tikib yaratdığı, özünəməxsus olan əmlakı yandırmaz. Dağıtmaz, ziyan vurmaz.

Ona görə də düşünürəm ki, indi əsas məsuliyyət ermənilərlə yanaşı, həm də Rusiya sülhməramlı kontingentinin üzərinə düşür. İmzalanmış üçtərəfli bəyanatın tərəflərindən biri olaraq Rusiya ermənilərin Laçın şəhəri daxil olmaqla məskunlaşdıqları ərazilərdən əmlakımıza ziyan vurmadan və minalar basdırmadan çıxmasını təmin etməlidir".