Tennisçilərimiz uğurla yarışıb

9 Avqust 2022 12:33 (UTC+04:00)

Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar. SİA-nın ASTF-yə istinadən məlumatına görə, ilk oyunda Banqladeş seçməsi ilə qarşılaşan milli 3-0 hesabı ilə qələbə qazanıb. Ləman Əbdülhəmidova ilə Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyib. Komandamız bu gün Özbəkistan, sabah İran millisi ilə üz-üzə gələcək.