3 kəndin elektrik şəbəkəsi yenidən qurulur

9 Avqust 2022 11:51 (UTC+04:00)

"Azərişıq" ASC Biləsuvar rayonunun 3 kəndinin elektrik şəbəkəsini yenidən qurur.

SİA-nın məlumatına görə, bu işlər Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, investisiya layihəsi çərçivəsində görülür.

Yenidənqurma işləri çərçivəsində 1 300 nəfərdən artıq abonenti olan 3 kənddə ümumilikdə 19 ədəd komplekt transformator məntəqəsinin quraşdırılması, 36 km-a yaxın 10 kV-luq, 65 km-a yaxın 0,4 kV –luq elektrik verilişi xətlərinin yenilənməsi və yeni sayğacların quraşdıılması planlaşdırılıb.

İşlərə başlanan gündən indiyə qədər kəndlərdə 10 ədəd komplekt transformator məntəqəsi tikilib, 196 ədəd 10 kV-luq, 1000 ədəddən çox 0,4 kV-luq elektrik xəttini daşıyacaq dirəklər basdırılıb. Hazırda Təzəkənd kəndində 2.3 kilometr 10 kV-luq elektrik verilişi xətti, 10 kilometr isə 0,4 kV-luq SİP kabel çəkilib. Dəvrişli kəndində isə 1 kilometr 10 kV-luq elektrik verilişi xətti və 8 kilometr uzunluğunda 0,4 kV-luq SİP kabel çəkilib.Amankənddə isə 5 kilometr məsafədə 0,4 kV-luq SİP kabelləşmə aparılmış və yaxın günlərdə 10 kV-luq elektrik verilişi xətlərinin çəkilişlərinə başlanılacaq.

Artıq Dəvrişli kəndində yeni elektrik sayğaclarının quraşdırılmasına başlanılıb.

İşlər yekunlaşdıqdan sonra hər üç kənd keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.