"Zaman dəyişir, dövr dəyişir, amma erməni xisləti dəyişmir" - HƏRBİ EKSPERT AÇIQLADI

9 Avqust 2022 11:30 (UTC+04:00)

"Zaman dəyişir, dövr dəyişir, amma erməni xisləti dəyişmir. Çar Rusiyasının, bolşevik Rusiyasının, Sovet Rusiyasının dövründə necə idilərsə indi də elədilər". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, heçnə dəyişməyib, mahiyyət eynidir: "Gülüstan və Türkmənçay müqavilələrindən sonra çar Rusiyası erməniləri bura yerləşdirib. O vaxtdan bəri onlar işğalla, soyqırımla azərbaycanlıları öz dədə-baba yurdlarından qovmaqla məşğul olublar. İşğal etdiyi əraziləri də yerli əhalini deportasiya edib bütün ərazini dağıdıblar, yandırıblar, tarixi abidələri və qəbirstanlıqları da məhv ediblər. Bunu faşist Almaniyası ilə müqayisə etdikdə görərik ki, heç almanlar dini yerləri, məzarlıqları dağıtmamışdılar.

Amma bu onların son cinayətidir. Həmin o terrorçular ərazilərdən bütünlüklə təmizlənəcəkdir. Həm də bunun ən böyük mənəvi-psixoloji siyasi cəhəti odur ki, hansısa bir ölkənin sülhməramlısına, hansısa ölkəyə arxayın olub digər bir ölkənin, xüsusilə Azərbaycanın torpaqlarına işğalçılıq siyasəti həyata keçirmək olmaz, qanunsuz yerləşmək olmaz. 30 il bunu etdilər, lakin Azərbaycan ordusu onlara öz cavabını verdi. Onlar kiməsə arxayn oldular. İlk olaraq Fərrux yüksəkliyini sonra isə digər yüksəkliklər düşməndən azad edildi. İndi isə onlar həmin ərazilərdən gedirlər. Onlar biraz ağıllarını işlətməlidirlər. Onlar anlamalıdır ki, Azərbaycanın şərtlərini qəbul etməlidirlər. Əks halda Azərbaycan geri çəkilməyəcək. Bütün qarşıya qoyduğu hədəfləri yerinə yetirəcək”.