Əlcəzairin xarici işlər naziri Azərbaycana gəlir

9 Avqust 2022 10:55 (UTC+04:00)

Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, ölkə Prezidenti Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra sabah Azərbaycana gəlir.

Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.

R.Lamamra və C.Bayramov görüşdən sonra birgə brifinq keçirəcək.