Komandamız erməniləri mat edib

9 Avqust 2022 11:07 (UTC+04:00)

Qadınlardan ibarət Azərbaycan milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun görüşünü keçirib. SİA-nın AŞF-yə istinadən məlumatına görə, Millimiz X turda Ermənistan kollektivi ilə qarşılaşıb. Günay Məmmədzadə birinci, Xanım Balacayeva ikinci, Gövhər Beydullayeva üçüncü, Gülnar Məmmədova dördüncü lövhədə görüşünü qalib başa vurub. Beləliklə, seçməmiz yekun nəticədə rəqibini darmadağın edib - 4:0. Bu, Azərbaycan qadın şahmatçılarının yarışda yeddinci qələbəsi olub. 16 xalı olan yığma hazırda turnir cədvəlinin 3-cü plləsində qərarlaşıb. Sabah olimpiadada son tur oynanılacaq.