Bu gün taekvondoçularımız yarışacaqlar

9 Avqust 2022 10:51 (UTC+04:00)

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına avqustun 9-da start verilir. SİA-nın ATF-yə istinadən məlumatına görə, yarışın ilk günündə dörd idmançımız, kişilərlər arasında 54 kq çəki dərəcəsində Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), qadınlardan isə Röya Hacıyeva (53 kq), Səidə Əliyeva (57 kq) mübarizəyə qoşulacaq.

Millimiz, baş məşqçilər Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və böyük məşqçilər Rəşad Məmmədov, Sənan Həşimovun rəhbərliyi ilə yarışda 14 idmançıyı ilə təmsil olunur.

İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi avqustun 9-da olacaq və yarış 18-dək davam edəcək. Konyada taekvondoçularımız mübarizəsi də start günündən başlayacaq. Dayanq ustaları 4 gün ərzində güclərini yoxlayacaqlar.