Ukrayna ordusu Rusiyaya məxsus texnikaları məhv edib

9 Avqust 2022 07:14 (UTC+04:00)

Ukraynanın cənubunda əməliyyat vəziyyəti gərgin olaraq qalır.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Pivden Operativ komandanlığı məlumat yayıb.

Komandanlıq bildirir ki, ötən sutka Ukraynanın cənubunda Rusiyaya məxsus 1 ədəd Pansir zenit-raket kompleksi, 1 ədəd T-72 tankı, özüyeriyən artilleriya qurğuları məhv edilib. Sutka ərzində Rusiya ordusunun 23 hərbçisi zərərsizləşdirilib.