Zelenski ABŞ-ın sabiq prezidenti ilə görüşüb

9 Avqust 2022 03:05 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Bill Klintonla videokonfrans yolu ilə görüşüb.

SİA APA-ya istinadən xəbər verir ki, Volodimir Zelenski göstərdiyi dəstəyə görə ABŞ-a təşəkkürünü bildirib.

O qeyd edib ki, Vaşinqton münaqişənin dondurulmasına imkan vermir. Dondurulmuş münaqişələr 10 illərlə davam edir ki, buna da yol vermək olmaz.