Qvatemala XİN Azərbaycan səfirliyinə qarşı hücumu pisləyib

9 Avqust 2022 02:22 (UTC+04:00)

Qvatemalanın Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı hücumu pisləyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə nazirliyin Tvitter hesabında məlumat verilib.

Bildirilib ki, Qvatemala avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində dini ekstremist qruplar tərəfindən həyata keçirilən vandalizm aktlarını pisləyir. Nazirlik təqsirkarların məsuliyyətə cəlb olunmasını istəyir.