"Qalatasaray" 2 məşhur futbolçu transfer etdi

9 Avqust 2022 01:54 (UTC+04:00)

"Qalatasaray" heyətinə iki ulduz futbolçu cəlb edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bunlar belçikalı hücumçu Dris Mertens və uruqvaylı yarımmüdafiəçi Lukas Torreyradır.

"Napoli"dən ayrılan Mertens İstanbul klubuna azad agent kimi keçib. 36 yaşlı futblçu ilə 1 illik müqavilə imzalanıb.

London "Arsenal"ından alınan 26 yaşlı Torreyra ilə isə 2026-cı ilə qədər sözləşmə imzalanıb.