Denni Trexo "1521" adlı tarixi drama çəkilir

9 Avqust 2022 01:05 (UTC+04:00)

Hollivud aktyoru Denni Trexo portuqaliyalı dəniz səyyahı Fernan Magellan haqqında tarixi dramda baş rol alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, filmdə İspaniya dəniz səyyahı ekspedisiyasının heyəti ilə Filippinin Maktan adasının sakinləri arasında baş verən münaqişədən bəhs ediləcək.

Adanın sakinləri avropalılara tabe olmaqdan imtina edirlər, buna görə F.Magellanın başçılıq etdiyi dənizçilər ilə başçı Lapu-Lapunun ordusu arasında döyüş başlayır. Döyüş zamanı F.Magellan öldürülür və ekspedisiya onsuz başa çatdırılır.

Qeyd edək ki, ekran əsəri aktyor Maykl Koponun rejissor kimi debütü olacaq. O, həmçinin filmin əsas obrazlarından olan Filippin başçısı rolunu oynayacaq.

Filmin çəkilişlərinin avqustda başlanılması planlaşdırılır. Çəkilişlər Filippinin Palavan adasında keçiriləcək. "1521" filminin premyera tarixi isə hələ açıqlanmayıb.