Avstraliya Çini xəbərdar edib

9 Avqust 2022 00:18 (UTC+04:00)

Avstraliya ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin keçən həftə Tayvana səfərindən sonra Çinin hərbi təlimlərə başladığı Tayvan boğazında gərginliyin azaldılmasını istəyib.

Avstraliyanın xarici işlər naziri Penny Vonq, Tayvan boğazında başlayan hərbi təlimdə Çinin ballistik raket buraxmasını və Çin raketlərinin Yaponiyanın müstəsna iqtisadi zonasına düşməsini tənqid edib. Hazırda ən kritik məsələnin Tayvan boğazında gərginliyin azaldılması olduğunu vurğulayıb.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, Vonq mövcud gərginlikdən təkcə Avstraliyanın yox, bütün region ölkələrinin təsirləndiyinə diqqət çəkib.