Sançes "İnter"dən ayrıldı

8 Avqust 2022 23:36 (UTC+04:00)

Aleksis Sançes "İnter" dən ayrılıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb. 33 yaşlı çilili hücumçu ilə Milan klubu arasında müqaviləyə xitam verilməsi üçün sənədlər imzalanıb.

Aleksis bu həftə Fransaya gedəcək və "Marsel"lə 2 illik müqavilə imzalayacaq.