D.Peskov: “Türkiyə danışıqlarda mühüm rol oynayır”

8 Avqust 2022 19:47 (UTC+04:00)

Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlama verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin İstanbulda bir araya gələmələrinə dair təklifinə münasibət bildirən Peskov: “Prezident Ərdoğanın Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bərpası uğrunda ciddi addımlar atdığının həmçinin sülh prosesinin başlaması üçün səy göstərdiyinin idrakındayıq. Lakin Ukrayna nümayəndə heyəti demək olar ki radardan itib. Hazırda heç bir danışıq prosesi yoxdur”.

Türkiyə ilə Rusiya arasında artması gözlənilən milli valyuta ticarətinə də toxunan Peskov, dolların etibarlı ehtiyat valyutası olmadığını vurğulayıb.

Bir çox ölkənin ticarətdə dolların payını azaltmaq və milli valyutaların payını artırmaq əzmində olduğuna diqqət çəkib və eyni addımın Türkiyə ilə ölkəsi arasında da atıldığını bildirib. Qaz tədarükünün bir hissəsinin rublla ödənilməsi ilə bağlı razılaşma imzalandığını xatırlandığını bunun başqa sahələrdə də tətbiq edilməsini istədiklərini vurğulayıb.