İsko "Sevilya" ilə müqavilə imzaladı

8 Avqust 2022 19:32 (UTC+04:00)

"Real"dan ayrılan İskonun "Sevilya"ya keçidi rəsmiləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İsko 2013-cü ildə "Malaqa"dan "Real"a transfer olunmuşdu. O, Madrid təmsilçisindən yayda azad agent kimi ayrılmışdı.