Şəhid Hüseyn Tağıyevin əziz xatirəsi yad olunub FOTOLAR

8 Avqust 2022 17:31 (UTC+04:00)

44 günlük Vətən mühairbəsi şəhidi baş çavuş Tağıyev Hüseyn Oktay oğlunun doğum günündə əziz xatirəsi yad olunub. Yasamal rayon icra hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, şəhidin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyəti tərəfindən II Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi, baş çavuş Tağıyev Hüseyn Oktay oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, Tağıyev Hüseyn Oktay oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nəzakət Ələddinqızı