"Ermənilər ağıllarını başlarına yığsınlar" POLİTOLOQLAR AÇIQLADI

8 Avqust 2022 17:18 (UTC+04:00)

Ordumuz 3 avqust 2022-ci il Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrini dəf etmək üçün Qİisas antiterror əməliyyatını yerinə yetirdi. Bu əməliyyatdan sonra ermənilər həqiqəti dərk etməklə yanaşı, Azərbaycan dövlətinin şərtlərinin mütləq şəkildə həyata keçiriləcəyini anladı. Laçına alternativ yolun tamamlanması ilə ermənilər Laçını tərk etməyə başladı Mövzu ilə əlaqədar SİA politoloqların fikrini öyrənib.

"Qisas əməliyyatı bir mənalı şəkildə Azərbaycan dövlətinin mövqeyini ermənilərə bir daha göstərdi". Bu sözləri SİA-ya açıqlamasında Politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi Azərbaycanın dəmir yumruğu yerindədir: " Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanmış 3 tərəfli bəyannamənin müddəlarına uyğun olaraq , 3 il-ərzində yerinə yetirməlidir. Bu Azərbaycanın haqqıdır. Laçın dəhlizini və Laçın şəhərini Rus sülhməramlıları tərəfindən müvəqqəti nəzarətindən çıxarılması və öz nəzarətimizə keçirilməsini istəyirik. Laçın camaatının öz yurdlarına qayıtmaqları üçün öz infrastrukturunu yeniləməlidi. Laçın şəhərində bir çox bərpa işləri görülməlidir. Yeni quruculuq planı işlənərək hazırlanmalıdır. Bütün bunları nəzərə alan Azərbaycan tərəfi bu işi sürətləndirdi. Artıq qısa bir müddətdə Laçın yolu hazırdır. Onlarda Azərbaycanın işlərini sürətləndirdiyini görüb məcbur oldular ki onlar işlərini sürətləndirsinlər. Bəzi ermənilər hətta Azərbaycan vətəndaşlığına qəbul olmaq üçün prezidentimizə müraciət də edirlər. Laçından çıxan ermənilər o ərzilərdi yandırmaq səbəbi ermənilərin xislətindən gəlir. Onlarda kin, nifrət , paxıllıq , həsəd hisləri var. Ermənilər ağıllarını başlarına yığsınlar. Qisas əməliyyatı göstərdi ki, Azərbaycan öz iradəsinə sadiqdir və növbəti antiterror əməliyyatı ermənilər üçün daha faciəvi qutara bilər. Tezliklə Sərhədlərin delitimasiya və demarkasiyası bağlı öhdəliyi yerinə yetirsinlər. Böyük sülh sazişinə hazırlaşmalıdırlar. Zəngəzur dəhlizinin açılması məsələsini də üzərlərinə götürsünlər".

Mövzu ilə əlaqədar Politoloq İlyas Hüseynov SİA-ya açıqlamasında bu fikirləri bölüşüb: "Azərbaycan ordusunun uğurla həyata keçirdiyi Qisas əməliyyatı öz praktiki nəticələrini də verməyə başlayıb. Laçın dəhlizinə alternativ yolun çəkilməsindən sonra qeyri qanuni olaraq yaxın şərqdən köçürülmüş ermənilərin bölgəni tərk etməsi prosesi həyata keçirilməkdədir. Livan və Suriyadan gələn eləcə də qeyri qanuni olaraq Azərbaycan ərazisində yerləşdirilmiş şəxslər bölgəni tərk edirlər. Lakin biz. 2020- ci il 10 noyabr tarixində imzalanmış bəyanatda Laçın ,Kəlbəcər və Ağdam rayonlarının azad edilməsi ilə bağlı ermənilərə verilən zaman kəsiyi müddətində vandalizim , barbarlıq hərəkətlərinin eynisini görməkdəyik. Ermənilər əraziləri tərk edərkən bütün infrastrukturu məhv edir. Evləri dağıdır və yandırır, eyni zamanda ərazini talamaqla məşğuldurlar. Bölgəni tərk edərkən əraziləri yandırır və ya minalayırlar. Ötən dövr ərzində çoxsaylı mülki şəxslərimiz, jurnalistlər, bölgədə infrastruktur işlərini həyata keçirən şəxslər mənfur düşmənin basdırdığı minaların qurbanlarına çevrilmişdir. Hazırda ərazilərin minalanması prosesini həyata keçirən ermənilərin əsas niyyəti öz dədə baba torpaqlarına qayıdan Azərbaycanlıların mina qurbanlarına çevrilməsidir. Bunun qarşısını almaq üçün beynəlxalq instansiyalara, qeyri hökmət təşkilatlarına çox saylı müraciətlər ünvanlanmalıdır. Terroru dövlət siyasətinə çevirən Ermənistana ciddi tədbirlər həyata keçirilməlidir. Bu mənada kordinasiyalı addımlar atmağa ehtiyac var. Ermənilər maksimum şəkildə azərbaycanlılara zərbə vuraraq insan tələfatına səbəb olmaq istəyindədir. Ona görə bölgəni tərk edən ermənilərin monitorinq etməyə ehtiyac vardır ".

Politoloq Anar Əliyev SİA-ya açıqlamasında öz fikirlərini belə ifadə etdi: "Erməni silahlı qüvvələrinin və Qarabağdakı terrorçu tör-töküntülərin Azərbaycan əsgərinə qarşı törətdiyi təxribatdan sonra Azərbaycan ordusunun həyata keçirdiyi qisas əməliyyatı ermənilərdə baş verən proseslərlə bağlı reallıqların tələb etdiyi şərtlərin qəbul edilməsi ilə nəticələndi. Hesab edirəm ki, Qisas əməliyyatına qədər ermənilərdə yalnış bir təsəvvür formalaşdırılmağa çalışırlırdı ki, Azərbaycan dövləti Rusiya sülhməramlı qüvvələrin fəaliyyət missiyasına aid olan ərazilərdə terrorçulara qarşı heç bir əməliyyat apara bilməz. Rusiya sülhməramlı qüvvələri buna imkan verməz. Amma Azərbaycan dövlətinin həyata keçirdiyi qisa müddətli antiterror əməliyyatı erməni terrorçularında seperatçı qüvvələrdə yenidən prsoseslərə daha aydın başla yanaşmağın zəruriliyi ilə bağlı fikir formalaşdırdı. Qisas əməliyyatının əsas mühüm cəhətlərindən biri Azərbaycan əsgərinə qarşı törədilən təxribata qat-qat artıq cavab verməsi idi. Bu əməliyyat həm də onu göstərdi ki, heç bir qüvvə Azərbaycan ərazisində separatçı və terrorist qüvvələrin qalması ilə Azərbaycan dövləti barışa bilməz.

Bunları nəzərə speratçı rejmin yalan vədlərinə inan ermənilər artıq ərazini tezliklə boşaltmağa çalışırlar. Qisas əməliyyatımndan sonra Qarabağda erməni əhali arasında mövcud olan mövqe yanaşma eyni zamanda sosial şəbəkələr seqmentində səslənən fikirlər onu göstərir ki, Azərbaycan dövləti ilə oyun oynamaq mümkün deyil. Azərbaycan dövlətinin iradəsi qarşısında heç bir qüvvəyə arxalanaraq güc ortaya qoymaq mümkün deyil. Heç bir kənar qüvvə Azərbaycanı öz ərazi bütövlüyünü təmin etmək ərazilər üzərində dövlət suverenliyini təmin etmə hədəfinə maneə törədə bilməyəcəkdir. Artıq Qarabağdakı erməni əhalisinin də gələcəylə bağlı baxışlarının dəyişməsinə ciddi təsir edib. Qarabağdakı ermənilərdə dərk edir ki, Azərbaycan vətəndaşlığını qəbul etmədən heç bir halda bölgədə yaşamaq mümkün olmayacaq. Laçın şəhərindən ermənilərin çıxarılması isə bildiyiniz kimi 10 noyabr bəyanatının 4-cü bəndinin əsas tələbidir. Bəyanata uyğun olaraq erməni silahi qüvvələri bölgəni tərk etməlidir. 10noyabr bəyanatının mühüm şərtləridə Laçın kolidorunun alternativ yol çəkildikdən sonra həmin yol Azərbaycan dövlətinin nəzarətinə veriləcəkdir. Ermənilərin yaşadıqları mənzilləri yandırması erməni xislətindən xəbər verir . Bundan sora Qarabağdakı Erməni tərəfinin edəcəyi iş Azərbaycanla razılaşmaq və Azərbaycan qanunvericiliyinin tələbi altında yaşamaqdır. Əks təqdirdə Ermənistana köç etməyə məcburdurlar".

Qönçə Quliyeva