Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? - QURUM RƏSMİSİ AÇIQLADI

8 Avqust 2022 16:14 (UTC+04:00)

"Soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur".

Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, şimşək çaxır, arabir yağış yağır: “Ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakterli olur. Qərb rayonlarında dolu düşüb. Müşahidə olunan qeyri-sabit yağıntılı və küləkli hava şəraiti avqustun 9-u gündüzədək davam edəcək. 9-u gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında da 9 avqust gündüz və 10 avqust yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin 8-dən 9-na keçən gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın tempraturu 30-35 dərəcə olacaq. Bölgələrdə isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 9-u gündüz yağıntıların tədricən kəsiləcəyi, 10-u və 11-də əksər rayonlarda yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Havanın maksimal temperaturu mərkəzi aran rayonlarında 34-39, dağlarda isə 20-25 dərəcə isti olacaq”.