Azərbaycan Mərkəzi Bankında (AMB) daha bir struktur dəyişikliyi edilib.
SİA quruma istinadən məlumatına görə, AMB-nin kapital bazarına nəzarət departamentinin adı dəyişdirilərək kapital bazarının siyasəti və fəaliyyətinə nəzarət departamenti adlandırılıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Mərkəzi Bankının inzibati departamentinin adı dəyişdirilərək inzibati-satınalma departamentinə çevrilib, Fərhad Vəliyev isə departamentin rəhbəri təyin edilib.
Bundan əlavə, AMB Sığorta Nəzarəti Departamentinin də adı dəyişdirilərək Sığorta Siyasəti və Nəzarət Departamenti adlandırılıb.