Şahmatçılarımız ermənilərlə qarşılaşacaqlar

8 Avqust 2022 15:48 (UTC+04:00)

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. SİA-nın AŞF-nə istinadən məlumatına görə, 9-cu turda kişilərdən ibarət komandamız Hindistan şahmatçıları ilə heç-heçə (2:2) oynayıb. Qadın yığmamız isə Monqolustan komandasını 2,5:1,5 hesabı ilə məğlub edib.

Bu gün keçiriləcək 10-cu turda kişilərdən (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) və qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət komandalarımız Ermənistan şahmatçıları ilə mübarizə aparacaqlar.
Doqquz turdan sonra hər iki komandamızın aktivində 14 xal var və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.