Azərbaycan Gürcüstanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyir - XİN

8 Avqust 2022 14:00 (UTC+04:00)

Azərbaycan Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

“Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqlik əsasında strateji tərəfdaşlığı dəstəkləyir”, - nazirliyin bəyanatında deyilir.