Bağçalara uşaq qəbulu necə aparılır? Tanışlıq, yoxsa korrupsiya EKSPERT AÇIQLADI

8 Avqust 2022 13:45 (UTC+04:00)

"Bağçalara uşaqların qəbul prosesi başlanılıb və artıq bəzi valideynlər qeydiyyatı da aparıb". Bunu SİA-ya açıqlamasında Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Elçin Əfəndi bildirib ki, bağçalarda əvvəl qəbul şərtləri kortəbii şəkildə aparılırdı: "Bağça müdirləri tərəfindən korrupsiya və ya tanışlıq amilləri nəzərə alınaraq uşaqları bağçaya qəbul edirdilər. Hazırda Təhsil Nazirliyi tərəfindən şəffaf bir sistem yaradılıb. Məktəbəqədər təhsil sistemi üzrə yeni sistem var. Valideynlər elektron qaydada qeydiyyatdan keçərək sorğu göndərə bilirlər. Təbii ki, boş yer olduqda onların sorğusu qəbul edilir. Sorğu qəbul edildikdən sonra lazımi sənədlər bağçaya təhvil verilir".

Təhsil üzrə mütəxəssis Elçin Əfəndi sözlərinə əlavə edərək bildirib ki, bağçalarla bağlı problemlər hazırda vakant yerlərin seçimi ilə bağlıdır: "Çox az yerlər çıxarılıb. Demək olar ki, əvvəlcədən tutulub. Nazirlik daha çox vakant yer çıxara bilmir".

Qönçə Quliyeva