Quraqlıq faciəsi yaşanır

8 Avqust 2022 12:08 (UTC+04:00)

Fransanın baş naziri Elizabet Borne ölkəsinin indiyə qədər qeydə alınan ən şiddətli quraqlıqla üzləşdiyini açıqlayıb. SİA xəbər verir ki, Borne bu gün verdiyi açıqlamada bildirib ki, Fransa bu yay üçüncü dəfə isti dalğa ilə mübarizə aparır.

Fransanın baş naziri bildirib ki, hazırda yaşadığımız fövqəladə quraqlıq bir çox şəhərləri sudan məhrum edir və fermerlərimiz, ekosistemimiz, biomüxtəlifliyimiz üçün faciəvi vəziyyətə çevrilir.