Neft bahalaşıb

8 Avqust 2022 11:43 (UTC+04:00)

Xammal çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda dünya bazarlarında neftin qiyməti cüzi artıb.

SİA birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,28% bahalaşaraq, 1 bareli 95,19 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti 0,25% artıb və 1 bareli 89,23 ABŞ dolları təşkil edib.

İnvestorların narahatlıqlarını dəstəkləyən məqam Çində statistikanın açıqlanmasıdır. Belə ki, iyul ayında Çinə neft idxalı xeyli artıb bu isə tələbin bərpasından xəbər verir.