İsrail tərəfi atəşkəsi qəbul edib

8 Avqust 2022 11:14 (UTC+04:00)

İsrailin Qəzzaya hücumlarının üçüncü günündə Misirin vasitəçiliyi ilə Təl-Əviv ilə İslami Cihad qruplaşması arasında əldə olunan atəşkəsin bazar günü qüvvəyə mindiyini açıqlanıb. SİA xəbər verir ki, İsrail atəşkəs razılığının əldə olunduğunu bəyan edib. Bu bəyanatdan bir müddət əvvəl iki tərəf arasında vasitəçilik vəzifəsini öz üzərinə götürən Misir təhlükəsizlik rəsmisi bildirib ki, İsrail tərəfi atəşkəsi qəbul edib.