“Ford” markalı yük avtomobili yanıb

8 Avqust 2022 09:44 (UTC+04:00)

Ağdaş rayonunun Pirəyir kəndində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.