Avtomobil piyadanı vuraraq öldürüb

8 Avqust 2022 08:17 (UTC+04:00)

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil orta yaşlı kişini vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.