Yeni prezident vəzifəsinin icrasına başlayıb

8 Avqust 2022 02:12 (UTC+04:00)

Kolumbiyada sol partiyaların “Tarixi Pakt” koalisiyasından ölkə Prezidenti seçilmiş Qustavo Petro dövlət başçısı səlahiyyətlərinin icrasına başlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, Kolumbiyanın sol qüvvələrini təmsil edən ilk Prezidentdir.

“Allaha and içir, xalqa Kolumbiya Konstitusiyasının və qanunlarının müddəalarına sədaqətlə əməl edəcəklərinə söz verirəm”, – yeni dövlət başçısı andiçmə mərasiminin keçirildiyi Boqotadakı “Bolivar” Meydanında deyib.