Çində 900 ildən çox yaşı olan taxta körpü yanıb

7 Avqust 2022 20:53 (UTC+04:00)

Çinin ən uzun taxta körpüsü sayılan “Pingnan Vanan” yanğın nəticəsində tamamilə dağılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ötən gecə başlanan yanğın tam söndürülüb və xəsarət alan olmayıb.

Ümumi uzunluğu 98,2 metr, eni 4,7 metr olan körpünün 917 il əvvəl (960-1279) tikildiyi bildirilir. “Pingnan Vanan” Çində ən uzun tağlı taxta körpü hesab olunur.