Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

7 Avqust 2022 12:01 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, C. Bayramovun paytaxt Ankarada baş tutacaq 13-cü Səfirlər Konfransında iştirakı nəzərdə tutulub. Nazirin səfirlərə müraciəti nəzərdə tutulub.