ATƏT-in Baş katibi Türkiyədə səfərdədir

7 Avqust 2022 11:43 (UTC+04:00)

ATƏT-in Baş katibi Helqa Şmid Türkiyədə səfərdədir.

SİA-nın məlumatına görə, Baş katib 7-9 avqust tarixlərində 13-cü Səfirlər Konfransında iştirak edəcək.

Eyni zamanda ATƏT-in Baş katibi Helqa Şmid Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirəcək.

Görüş zamanı aktual regional və beynəlxalq problemlərin, xüsusilə də Ukraynadakı proseslərin müzakirə edilməsi nəzərdə tutulub.