Çin Tayvan yaxınlığındakı sularda hərbi təlimlərini davam etdirəcək

7 Avqust 2022 09:45 (UTC+04:00)

Çin Xalq Azadlıq Ordusu Tayvanın ətrafındakı sularda və hava məkanında hərbi təlimləri davam etdirəcək.

SİA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, hərbi təlimlər zamanı şərti düşmənlərə hava zərbələri endiriləcək, eləcə də yerüstü hədəflər məhv ediləcək.

Xatırladaq ki, Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafındakı altı zonada genişmiqyaslı, real döyüş şəraitinə uyğun hərbi təlimə başlayıb. İlkin məlumata görə, onlar üç gün davam etməli və bazar günü (7 avqust) yerli vaxtla saat 12:00-da (Moskva vaxtı ilə 08:00) başa çatmalı idi.