Darya Aslamova rus casusu kimi Kosovoda saxlanılıb

7 Avqust 2022 03:49 (UTC+04:00)

Kosovoda rusiyalı jurnalist Darya Aslamova qismən tanınan respublikanın şimalında sərhəd keçidindən keçmək istəyərkən saxlanılıb. Belə ki, o, jurnalist adı altında işləyən Rusiya hərbi kəşfiyyatının casusu kimi şübhəli bilinir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Kosovo Daxili İşlər Nazirliyinin rəhbəri Celal Sveçliya “Facebook”da məlumat verib.

Kosovolu nazırin dediyinə görə, artıq bir neçə ölkə onun, yəni Darya Aslamovanın jurnalist kimi gizli ad altında Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini sübut edib. Nazir onun Ukraynadakı hərbi əməliyyatlarda da iştirak etdiyini yazıb.

Sveçliya qeyd edib ki, Kosovo hakimiyyəti Aslamovanın fəaliyyətindən xəbərdardır və onun artıq bir sıra ölkələrə girişinə qadağa qoyulub. Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurum qadın jurnalistin niyyətinə aydınlıq gətirir.

O, həmçinin qeyd edib ki, o, respublikanın şimalında “cinayətkar strukturların” yaratdığı “gərginlikdən” bir həftə sonra və “Vuçiçin təşkil etdiyi eyni strukturlar” Kosovo polisinə atəş açıblar.

Və atəşdən bir həftə sonra onlar Kosovoya girməyə cəhd ediblər.

Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Aslamovanın gəlişi Serbiyanın Kosovonu destabilləşdirmə tendensiyası və Belqradın “Rusiya əlaqələri”ndən istifadə etməsi ilə bağlıdır.

Qeyd edək ki, Aslamova “Komosomolskaya Pravda” qəzeti və həmən nəşrin radiosu ilə əməkdaşlıq edir.

Onu da bildirək ki, hələ 2017-ci ilin sentyabrında onu Moldovaya buraxmamışdılar. Həmən ərəfədə o, Moldovanın o vaxtkı prezidenti İqor Dodondan müsahibə almağı planlaşdırırdı.

P.S. ...Gərək ki, xatırlamış olarsınız, bir müddət bundan əvvəl Darya Aslamova “Komosomolskaya Pravda”da Qarabaqla bağlı əsil reallığı əks etdirən məqalə ilə çıxış etmişdi.

Ağasəf Babayev