Kuba qonşu ölkələrdən kömək istəyib

7 Avqust 2022 02:24 (UTC+04:00)

Neft anbarında baş verən yangğına görə Kuba hökuməti “dost ölkələrdən” kömək istəyib.

SİA APA-ya istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda neft yanğınlarını söndürməkdə təcrübəsi olan ölkələrin köməyinə ümid edib.

Prezident Miqel Dyaz-Kanel bildirib ki, yanğının ram edilməsi uzun vaxt aparacaq.

ABŞ-ın Havanadakı səfirliyi sosial şəbəkə hesabında bildirib ki, ölkə qanunvericiliyi fövqəladə hallarda Kubaya yardım edilməsinə qadağa qoymur.

Qeyd edək ki, paytaxt Havana yaxınlığındakı neft anbarında baş verən yanğın nəticəsində 77 nəfər xəsarət alıb, 17 yanğınsöndürən itkin düşüb.