Messi möhtəşəm qol vurdu, PSJ darmadağına sevindi

7 Avqust 2022 01:55 (UTC+04:00)

Fransa Liqa 1-də 2022/2023 mövsümünə start verilib.

SİA Offsideplus.az-a istinadən xəbər verir ki,, son çempion PSJ səfərdə "Klermon"u darmadağın edib - 5:0.

Paris təmsilçisinin argentinalı ulduzu Lionel Messi 86-cı dəqiqədə akrobatik zərbə ilə komandasının 5-ci qolunun müəllifi olub.