Avtomobil qəzasında piyada ölüb

7 Avqust 2022 01:20 (UTC+04:00)

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Yolu keçmək istəyən 1970-cı il təvəllüdlü Rövşən Allahverdiyevi "Mercedes" markalı avtomobil vurub. 52 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.