"Yeni silahlanma yarışı artıq başlayıb"

7 Avqust 2022 00:09 (UTC+04:00)

Artıq dünyada yeni silahlanma yarışı gedir və tərksilah müqavilələri təhlükə altındadır.

SİA TASS-a istinadən xəbər verir ki, bu fikri BMT-nin baş katibi Antonio Quterreş Xirosimaya səfəri zamanı deyib.

“Biz yeni bir silahlanma yarışının şahidi oluruq” deyən baş katib ötən əsrdə bağlanmış tərksilah müqavilələrinin təhlükə altında olduğunu bildirib.

Bununla belə, Quterreş BMT-nin mənzil-qərargahında keçiriləcək Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə İştirakçı Dövlətlərin İcmal Konfransının müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, ötən gün dünya 1945-ci il atom bombasının ildönümünə təsadüf edən nüvə silahının qadağan edilməsi uğrunda mübarizə gününü qeyd edib.

Qeyd edək ki, Amerika aviasiyası 77 il əvvəl ABŞ prezidenti Harri Trumenin əmri ilə Xirosimaya atom bombası atdı. Üç gün sonra, avqustun 9-da plutonium yüklü atom bombası Naqasaki şəhərinə də atılıb.

Bombalama nəticəsində 300 minə yaxın insan ölüb və ya itkin düşüb, daha 200 minə yaxın insan radiasiyaya məruz qalıb.

Ağasəf Babayev