Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

6 Avqust 2022 22:33 (UTC+04:00)

İraqın şimalında keçirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә separatçı terror tәşkilatı PKK-nın 4 üzvü zәrәrsizlәşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda qeyd olunub.

Nazirlikdәn verilәn mәlumatda deyilir: ‘‘İraqın şimalında keçirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә separatçı terror tәşkilatı PKK-nın 4 üzvü Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn zәrәrsizlәşdirilib’’.

Әmәliyyatların fasilәsiz davam etdirildiyi bildirilib.