Rusiyada məhbuslar həbsxana əməkdaşlarına hücum edib

6 Avqust 2022 17:32 (UTC+04:00)

Rusiyanın Kalmıkiya regionunda məhbuslar həbsxana əməkdaşlarına hücum edib. SİA xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, əldəqayırma silahla gerçəkləşdirilən hücumda həbsxananın 1 əməkdaşı ölüb, 7 nəfər yaralanıb.

Məlumata görə, hücumu 2 məhkum həyata keçirib.