Xorvatiyada avtobus qəzasında 12 nəfər ölüb

6 Avqust 2022 16:16 (UTC+04:00)

Xorvatiyada avtobus qəzasında 12 nəfər həlak olub. SİA “Euronews”a istinadən xəbrə verir ki, Polşa avtobusu ölkənin şimalında aşıb.

Məlumata görə, 11 sərnişin yerindəcə, 1 nəfər isə sonradan xəstəxanada dünyasını dəyişib, 30-dan çox insan yaralanıb.

Bildirilib ki, sürücünün sükan arxasında yatmış olması istisna edilmir.