KOBİA-nın sədri "Albayrak İnşaat" şirkətinin baş direktoru ilə görüşüb - FOTOLAR

6 Avqust 2022 13:27 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Albayrak İnşaat" şirkətinin baş direktoru Yunus Yılmazla görüşüb. SİA xəbər verir ki, bu barədə sədr özü məlumat verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycana investisiya qoyuluşu imkanlarına və bu sahədə KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb.