Çin Tayvan bölgəsində 70-ə yaxın döyüş əməliyyatı həyata keçirib

6 Avqust 2022 11:02 (UTC+04:00)

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri zamanı Tayvan bölgəsində 68 döyüş uçuşu həyata keçirilib, adanın ətrafındakı ərazilərdə Hərbi Dəniz Qüvvələrinin 13 gəmisi patrul xidməti həyata keçirib. SİA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Çin mediası Tayvanın hərbi idarəsinin məlumatlarına istinadən məlumat yayıb.

Eyni zamanda qurumun saytındakı məlumatda gəmilərin və təyyarələrin Tayvan boğazının “orta xətti” adlandırılan hissəsini bir neçə dəfə keçdiyi qeyd olunur. Bu xətt Tayvan ordusu tərəfindən ada ilə ölkənin materik hissəsi arasındakı sərhəd hesab edilir. Sərhəd rəsmi Pekin tərəfindən tanınmır, o, 1954-cü ildə ABŞ-ın dəstəyi ilə şərti olaraq müəyyən edilib.

Çin Müdafiə Nazirliyi Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu və heç bir sərhəd xəttinin keçilmədiyini vurğulayıb.