İlham Əliyev Panamanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

6 Avqust 2022 10:07 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.