Bozidar Deliç Serbiya Milli Məclisinin sədr müavini seçilib

6 Avqust 2022 05:21 (UTC+04:00)

Yuqoslaviya Ordusunun təqaüddə olan generalı və Kosovo kəndlərində dəhşətli hücumlar həyata keçirən komandiri Deliç Serbiya parlamentinin 7 sədr müavinindən biri oldu.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Deliçin briqada komandiri olduğunu danır və hərbi cinayətlər törətdiyinə dair ittihamları rədd edir.

Serbiya parlamentinin yeni sədri isə prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi Serbiya Tərəqqi Partiyasının (SNS) namizədi Vladimir Orliç olub.

Aprelin 3-də ölkədə keçirilən seçkilərdən sonra yeni parlament fəaliyyətə başlayır, yeni hökumətin isə 90 gün ərzində formalaşması gözlənilir.