Nensi Pelosi Cənubi vә Şimali Koreya ilә sәrhәdә sәfәr edib

5 Avqust 2022 23:56 (UTC+04:00)

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin rәhbәrlik etdiyi nümayəndə heyəti Cənubi vә Şimali Koreya ilә sәrhәdә sәfәr edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Nensi Pelosi paylaşım edib.

ABŞ Nümayəndələr Palatasının sədri deyib: “Hərbisizləşdirilmiş zonaya və Osan hәrbi hava bazasına baş çәkdiyimiz zaman Koreya yarımadasındaki hәrbçilәrimizin xidmәtlәrinә görә Konqresә vә ölkәyә minnәtdarlığımızı bildirdik''.

Xatırladaq ki, iyulun 29-da yola düşәn Nensi Pelosi Sinqapur, Malayziya vә Tayvanda danışıqlar aparıb.