Nazir Rəşad Nəbiyev Qubada şəhid ailəsini ziyarət edib

5 Avqust 2022 19:32 (UTC+04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Quba rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nazir şəhid Mehdiyev Surxay Zülfü oğlunun ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.

Görüşdə yaxınları şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıblar.